Ramil Quliyev: ...heç bir pul qarşılığında ala bilməzsiz

Ramil Quliyev: ...heç bir pul qarşılığında ala bilməzsiz

  • 25 Yanvar 2018, 05:00

Sportlife.az Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev “fanatik”ə verdiyi müsahibəni təqdim edir.

- Atletika Türkiyədə sizin sayənizdə qəzetlərin manşetinə çıxdı. Uğurunuz dövlət səviyyəsində və ictimaiyyət arasında diqqət çəkdi. Bunu gözləyirdiz? Bu diqqət sizdə motivasiya cəhətdən hansı təsiri yaratdı?
- Bu cür diqqət atletika üçün böyük dəstəkdi. Belədə, bu idman növünü daha çox insan izləyir. Qəzetlər atletikadan nə qədər çox yazsa, gənclərin bu idman növünə marağı bir o qədər çox artacaq. Çünki biləcəklər ki, uğur qazansalar, onlar da ictimaiyyətdən və mətbuatdan lazımi dəstəyi görəcəklər. Çempion olacağım təqdirdə, maraq obyekti olacağımı gözləyirdim, ancaq bu qədərini düşünmürdüm.

- Uğurunuz Azərbaycanda necə qarşılandı? Türkiyəni seçməyinizə səbəb olanlar qınandı? Yenidən Azərbaycana dönməyiniz istiqamətində təzyiq oldumu? 
- Həmyerlilərimin əksəriyyəti uğuruma çox sevindi. Mənə təbrik mesajları yazdılar. Bu dəstəyə görə çox sevindim. Əslində, bu medal hər iki ölkənindi. Heç kim geri qayıtmağımla bağlı məsələ qaldırmadı. Məncə, bundan sonra da qaldırmazlar.

- Bir atlet üçün əsas hədəflərdən biri də rekord qırmaqdı. Gənclər arasında yarışlarda çox sayda rekordlarınız var. Böyüklərdə isə hazırda Useyn Boltun rekordları əlçatmaz görünür. Ancaq bu rekordları qırmaq istədiyinizi bilirik. Bu hədəfə nə qədər yaxınsız?
- Əlbəttə, rekord barədə düşünürəm. Hər il nəticələrim bir az da yaxşı olur. İnşallah, 2017-ci ildə əldə etdiyim nəticə son olmaz. Belə olmaması üçün əlimdən gələni edəcəm. Rekordlara nə qədər yaxın olduğumu gələcək göstərəcək. Həyatda mümkünsüz heç nə yoxdu.

- Atletika yarışlarında adətən, qaradərili idmançılar hegemon olurlar. Sanki onların arasında gizli ittifaq var. Hazırda bir ağdərili idmançı olaraq onların taxtına iddia edirsiz? Sizə qarşı olan münasibətləri necədi?
- Düzünü deyim, mən bu barədə heç vaxt düşünməmişəm. Məsələyə bu cür yanaşmamışam. Fikrimcə, sadəcə, ağdərili insanlar atletikaya daha az maraq göstərirlər. Məncə, genetik baxımdan bir fərq yoxdu.

- Türkiyə ictimaiyyətində atletika yarışlarında millinin heyətində uğur qazanan qaradərili atletlərə qarşı antipatiya var. Sizcə, bunun səbəbi nədi? 
- Onlara qarşı münasibətin necə olması, həmin idmançıların atletikaya olan töhfələrini azaltmır. Onların qazandığı nəticələr bu cür söhbətləri sonlandırır. Fəxri kürsüyə çıxan zaman İstiqlal Marşı oxunursa, bu hissi heç bir pul qarşılığında ala bilməzsiz. Onlar da bu gözəl ölkənin vətəndaşlarıdı. Üstəlik, bu dostlarımızın yarışdığı istiqamətdə gənclərə də şans verilir. İnşallah, onlar da bu idmançılardan nə isə öyrənər və gələcəkdə daha uğuru olarlar.

- Türkiyə idman tarixində bir ilkə imza atdız. Bu da, atletikayla məşğul olan gənclər arasında idola çevrilməyinizə səbəb oldu. Həmin gənclərə nə məsləhət verərdiz?
- Məsləhətim idmanla məşğul olmaları və çalışmalarıdı. Bu ikisini etsələr, mütləq uğur qazanarlar. Nə qədər çox çalışsaz, o qədər çox uğur qazanarsız.

- Bir çox uğur qazanmasız. Yəqin ki, ilin idmançısı da seçiləcəksiz. Bəs sizin üçün ən böyük mükafat nədi?
- Mənim üçün ən böyük mükafat ilk öncə olimpiya oyunlarında medal qazanmaq və dünya rekordu qırmaqdı. Ancaq daha geniş düşünsək, atletika məktəbi açmaq istəyirəm. Gənclərin atletika ilə məşğul olması üçün yaxşı şərait yaratmaq əsas məqsədimdi. Mənim üçün ən böyük hədiyyə atletikaya verəcəyim bu töhfə olar.

- Useyn Boltla görüşürsüz? Görüşəndə nə barədə danışırsız? Sizcə, onun yenidən atletikaya qayıtmaq ehtimalı var?
- Onunla bir neçə dəfə görüşmüşəm. Ancaq biz idmançılar bir-birimizlə görüşdükdə, atletika barədə danışmırıq. Sadəcə, nə vaxt, harda yarışa çıxacağımızla maraqlanırıq. Bolt atletikaya qayıtsa, ən azı 3-5 il daha yarışa bilər.


Paylaş: