Polisin cərimə meydançasına apardığı velosipedlər də qaytarıldı

Polisin cərimə meydançasına apardığı velosipedlər də qaytarıldı

  • 18 Dekabr 2017, 13:26

Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvlərinin polis tərəfindən saxlanıldığı barədə məlumat vermişdik. Sportlife.az xəbər verir ki, velosipedçilər buraxılsa da, velosipedlər cərimə meydançasında saxlanılmışdı.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “Facebook” hesabında velosipedlərin qaytarıldığını bildirib. O, velosipedlərin dünən saz vəziyyətdə federasiyaya verildiyini qeyd edib.

Xatırladaq ki, dünən səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılmış, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılmışdı.


Paylaş: