MDB Oyunları: Atıcımız qızıl medal qazandı

  • 8 Avqust 2023, 17:22

Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.

Sportlife.az-a Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb. 

Qeyd edək ki, Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.


Paylaş: