Avropa Liqası: Bu gün “Qarabağ”ın "Bayer”lə oyununa bilet satışı başlayır

  • 1 Mart 2024, 00:23

Sportlife.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
– Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
– “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.


Paylaş: