"Qarabağ" Norveçdən xalla ayrıldı - YENİLƏNİB

"Qarabağ" Norveçdən xalla ayrıldı - YENİLƏNİB

  • 1 Dekabr 2023, 01:59

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Mölde"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. "Mölde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 2:2 

Qol: Olavio Juninyo, 11 (0:1),  Eriksen, 83 (1:1), 88 (2:1), Bəhlul Mustafazadə, 90+5 (2:2)
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.


Paylaş: