UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

  • 6 Avqust 2025, 12:09

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Sportlife.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) ilə oyundan sonra reallaşıb.

Səfərdə 1:0 hesabı ilə qələbə qazanan Azərbaycan çempionu ölkəmizin reytinqinə daha 0,250 xal əlavə edib. Bununla da Azərbaycanın son 5 mövsümdəki xalı 19,000-ə çatıb.

Ölkəmiz 28-ci yerdədir. Bizi 1 pillə qabaqlayan Ukraynanın 19,225, Azərbaycanı izləyən - 29-cu yerdə qərarlaşan Rusiyanın 18,299 xalı var.

Qeyd edək ki, Ukrayna ilə xal fərqimizin azalmasına Kiyev “Dinamo”sunun Çempionlar Liqasında məğlubiyyəti səbəb olub. Onlar III təsnifat mərhələsinin ilk qarşılaşmasında Kipr “Pafos”una 0:1 hesabı ilə uduzublar.


Paylaş: