29 Noyabr 2023, 17:41

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, I Liqa təmsilçilərindən "Qaradağ Lökbatan" "Şahdağ Qusar"a 1:0 hesabı ilə qalib gəlib.

Komanda 1/8 finalda "Neftçi" ilə üz-üzə gələcək.

Premyer Liqa klublarından "Kəpəz" isə II Liqanın lederi "Baku Sportinq"lə üz-üzə gəlir. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb və hazırda əlavə vaxt oynanılır. "Kür-Araz" - "Araz-Naxçıvan" görüşü saat 15:00-da başlayıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir.

Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.