Azərbaycan kuboku: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəldi - YENİLƏNİB

  • 2 Aprel 2024, 21:56

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olub. Görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. .

Qeyd edək ki, yarımfinal digər qarşılaşması sabah keçiriləcək.

Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.

2 aprel (çərşənbə axşamı)

20:00.“Neftçi” – “Qarabağ” - 0:4 

Qollar: Toral Bayramov, 14-pen., 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
“Neftçi Arena”

3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov

Zirə İdman Kompleksinin stadionu


Paylaş: