Ayxan Abbasov: "Hətta deyirdilər ki, "Şamaxı" dağılır"

  • 9 Dekabr 2024, 22:00

- Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız panikaya düşdü. Amma uşaqlar xarakter göstərdi. Müvəqqəti çətinlikdir. Daha yaxşı olacağıq.

Sportlife.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XVI turunda "Turan Tovuz"a məğlub olduqları görüşdən sonra səsləndirib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Giorgi Kantariya və Adil Nağıyevlə yolların ayrılmasının səbəbi nədir?

- Sosial şəbkələrdə bu mövzu çox gündəm oldu. Hətta deyirdilər ki, "Şamaxı" dağılır. Maddi baxımdan heç bir problemimiz yoxdur. Yaxın günlərdə rəsmi məlumat verəcəyik. İndi onu deyə bilərəm ki, iki futboloçu ilə yollarımızı ayırmışıq. Qarşıda 3 çətin oyun var. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi ki, daha yaxşı olacağıq.

- İkinci hissədə müdafiəyə çəkilməyiniz sizin tapşırığınız idi?

- Rəqib təzyiq etdi. Heyətimizdə gənc futbolçular var. Bəziləri bəlkə də ilk dəfə belə azrakeşin qarşısında oynayrdılar. Penalti olmasaydı, daha rahat ola bilərdik. Təəssüflənirəm. Kuryoz qollar burxırıq. Bunların öhdəsindən gələcəyik.

- Bu gün Tovuza rəqib kimi gəldiniz. Hissləriniz necədir?

- Tovuzda futbolçu kimi də çıxış etmişəm. Burada oynamaq həmişə çətin olub. Premyer Liqada belə azarkeşi olan komandalara ehtiyac var. Tovuzla bağlı yaxşı xatirələrim olub.


Paylaş: