Futbolçular "Araz-Naxçıvan" rəhbərliyindən narazıdır

  • 9 Aprel 2024, 16:02

"Araz Naxçıvan"ın futbolçuları maaşlarının yubanmasından narazıdır.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, futbolçuların fevral ayı üçün maaşı bir neçə gün əvvəl verilib. Mart ayının əmək haqları isə verilməyib.

Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov saytımıza açıqlamasında bunun problem olmadığını bildirib: “Fevral ayının maaşı martın 30-da verilib. Bu gecikmə də Novruz bayramı ilə əlaqədardır. Federasiyadan maaşlar vaxtında verilir, biz də vaxtında ödəyirik. Bizə vəsait ayın 20-nə qədər gəlir və qrafikə uyğun da paylanılır. Heç bir gecikmə yoxdur. Yazırlar ki, klubun futbolçulara mükafat borcu var. Heç bir klub mükafatı bizim qədər tez vermir. Oyun bitir, sabah mükafat verilir. Futbolçuların özləri də təsdiq edərlər. Bunu kim deyirsə, öz beyninin məhsuludur”.


Paylaş: