"Neftçi" - "Qarabağ" oyununda anşlaq gözlənilir

  • 14 Fevral 2025, 17:40

Premyer Liqanın XXIII turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçına satılmış bilet sayı açıqlanıb.

Sportlife.az xəbər verir ki, oyuna 2 gün qalmasına baxmayaraq, artıq 4500 bilet azarkeşlər tərəfindən alınıb.

Bu isə o deməkdir ki, görüşə maraq böyükdür və “Neftçi Arena”da anşlaq olacaq.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək oyun saat 19:00-da başlayacaq.


Paylaş: