Hacı Əliyev mayor oldu
Güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
Sportlife.az xəbər verir ki, bu barədə idmançı özü instaqram hesabında paylaşım edib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib: "Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm".
Qeyd edək ki, Hacı Əliyev hazırda həm də Azərbaycan Güləş Federasiyasında sərbəst güləş üzrə koordinator vəzifəsində çalışır.