Əfsanəvi futbolçu öldü

  • Bu gün, 11:49

Uruqvay millisinin və "Real"ın əfsanəvi futbolçusu Xose Emilio Santamariya vəfat edib.

Sportlife.az xəbər verir ki, o, 96 yaşında dünyasını dəyişib. 

Santamariya 1957-ci ildə "Real"a qoşulub və 1966-cı ilə qədər 9 mövsüm komandada oynayıb. O, "kral klubu"nda 337 oyun keçirib, dörd dəfə Avropa Kubokunu (1958, 1959, 1960, 1966), bir dəfə Qitələrarası Kuboku, altı dəfə La Liqa titulunu və bir Kral Kubokunu qazanıb. Santamariya tarixdə ilk dəfə ardıcıl olaraq Avropa Kubokunu qazanan əfsanəvi komandanın bir hissəsi olub.


Paylaş: