
Premyer Liqa: Tura "Neftçi" start verir
Azərbaycan Premyer Liqasında XXIV tura bu gün start veriləcək.
Sportlife.az xəbər verir ki, ilk oyun günü bir qarşılaşma baş tutacaq.
“Neftçi” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.
Hazırda “Neftçi” 24 xalla 6-cı, “Sumqayıt” 22 xalla 7-ci yerdədir.
Turun digər oyunları fevalın 22-23-də baş tutacaq.
21 fevral
19:00 “Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Neftçi Arena”