Tovuz yenə hamını qabaqladı
Misli Premyer Liqasının XVI turunun ən çox azarkeş qeydə alındığı qarşılaşmaları bəlli olub.
Sportlife.az xəbər verir ki, bunlar Tovuzda keçirilən “Turan Tovuz” – “Şamaxı” və Masazırda baş tutan “Sabah” – “Qarabağ” oyunlarıdı. Hər iki matçı tribunalardan 3000 tamaşaçı izləyib.
Azarkeşlərin maraq göstərmədiyi görüş isə Gəncədən uzaq düşən “Kəpəz”in oyunu olub. Tovuzda çıxış edən “sarı-göylər”in “Zirə” qarşılaşmasına (0:4) cəmi 150 azarkeş təşrif buyurub.
Digər oyunlarda qeydə alınan azarkeş sayı isə belədi:
“Səbail” – “Araz Naxçıvan” 500 – (0:2)
“Sabah” – “Qarabağ” – 3000 (1:1)
“Kəpəz” – “Zirə” – 150 (0:4)
“Sumqayıt” – “Neftçi” 2000 (2:0)
“Turan Tovuz” – “Şamaxı” 3000 (3:2)