Altıqat NBA çempionu təcavüzdə ittiham olunur

  • 4 Mart 2024, 22:18

Altıqat NBA çempionu Skotti Pippen zorlamada ittiham olunur.

Sportlife.az xəbər verir ki, "Page Six"in yaydığı məlumata görə 58 yaşlı basketbolçu və onun keçmiş həyat yoldaşı Larsaya qarşı iddianı onun keçmiş sevgilisi olduğu iddia edilən Çivette Valentin qaldırıb. Qadın 1987-ci ildən 1993-cü ilə qədər Skotti Pippen ilə münasibətinin olduğunu və Valentinin idmançı və qardaşı tərəfindən təcavüzə məruz qaldığı iddiası ilə sona çatdığını iddia edir.

Bu cinsi təcavüz onun 2011-ci ildə öldürülən oğlu Devonte Pippenin dünyaya gəlməsinə səbəb olub. Valentin basketbolçudan, ailəsindən və "Çikaqo" klubundan 250 milyon dollar tələb edir.

Pippen "Çikaqo" ilə altıqat NBA çempionu, ABŞ komandası ilə ikiqat Olimpiya çempionu olub. O, NBA-də 17 mövsüm keçirib.


Paylaş: