Lebron Ceyms 3-cü sıraya yüksəldi

  • Dünən, 11:55

"Los-Anceles Leykers"in  basketbolçusu Lebron Ceyms NBA-da ən çox görüş keçirən 3-cü oyunçu olub.

Sportlife.az xəbər verir ki, o, buna müntəzəm mövsümdə "Portlend Treyl Blazers"lə görüşdə (110:102) meydana çıxmaqla Nail olub.

Hazırda Ceymsin aktivində 1542 oyun var. O, bu göstərici ilə Vins Karteri keçib.

İkinci yeri Karim Abdul-Cabbar (1560), birinci pilləni isə Robert Pariş (1611) tutur.


Paylaş: