"Şəki" amerikalı basketbolçu transfer etdi
“Şəki” klubu amerikalı basketbolçu Coş Robinsonla güclənib.
Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tam adı Coşua Kuinşon Eyvanda Robinson olan, 198 sm boya malik basketbolçu yeni klubunda 3 nömrəli formanı tərlədəcək.
Ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirən 24 yaşlı hücumçu Avropada ilk peşəkar müqaviləsini "Şəki" ilə bağlayıb.
Qeyd edək ki, Şəki təmsilçisi daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatıb.