Avropa çempionatı: Gimnastlarımız mübarizəyə start verəcəklər
Bakıda keçirilən Avropa çempionatında Azərbaycanın iki bədii gimnastı bu gün fərdi proqramda çıxış edəcək.
Sportlife.az xəbər verir ki, Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını göstərməyə çalışacaqlar.
Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.
Qitə çempionatı mayın 21-də başa çatacaq.