
Azərbaycan bokusçuları 10 medal qazandılar
Belarusun paytaxtı Minskdə Vladimir Botvinnikin xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq boks turniri keçirilib.
Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçiləri turniri 1 qızıl və 9 bürünc medalla başa vurublar.
Yığmanın üzvü Nurlan Abışov (57 kq) finalda yerli Qleb Bondakı məğlub edəcək qızıl medala sahib çıxıb.
Yarışda 7 ölkədən 142 idmançı mübarizə aparıb.