29 Oktyabr 2023, 16:48

Oktyabrın 30-da Belarusda yeniyetmə boksçular arasında açıq Minsk birinciliyi keçiriləcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da gücünü yoxlayacaq.

Sportlife.az xəbər verir ki, yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçisi Teymur Məmmədov Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Fərid Səlimov, Əli Məmmədov (hər ikisi 46 kq), İsmayıl Rzayev (48 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı, Əli Baxışov (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Nurlan Abışov (57 kq), Raul Əsədullayev, Turqay Rəhimli (hər ikisi 60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərova (+80 kq) şans verəcək.

Nəsrəddin Məmmədov isə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, turnirdə ev sahibləri və Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələr də mübarizə aparacaqlar.