
"Mançester Siti"nin qapıçısı ÇL-də rekorda imza atdı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Mançester Siti” İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.
Sportlife.az xəbər verir ki, Xosep Qvardiolanın yetirmələri 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu, İngiltərə yığmasının qapıçısı Edersonun ÇL-də 50-ci qələbəsi olub.
4 turdan sonra Xosep Qvardiolanın komandası 12 xal toplayıb və öz qrupunda birinci yerdədir.