"Qarabağ"ın rəqibi üçün şok qərar
Almaniyanın “Ayntraxt” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la oyunda azarkeş dəstəyindən məhrum qalacaq.
Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, kluba bununla bağlı qadağa qoyulub.
Belə ki, əvvəlki turda “Barselona” ilə keçirilən səfər görüşündə pirotexnika insidentlərinə görə klub 38 min avro məbləğində cərimələnib. Frankfurt təmsilçisinin fanatlarının intizamsız davranışı nəzərə alınaraq, onlara Bakıdakı qarşılaşma üçün bilet satmaq qadağası tətbiq edilib.
Bu da o deməkdir ki, “Ayntraxt” Tofiq Bəhramov adına Respublika stadionundakı matçda azarkeş dəstəyi görməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də keçiriləcək.