"Real" ÇL-də rekord qırdı

  • 25 Oktyabr 2023, 15:35

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında "Real" səfərdə "Braqa" ilə qarşılaşıb. 

Sportlife.az "Squawka"ya istinadla xəbər verir ki, İspaniya nəhəngi bu turnirdə 108-ci rəqibini məğlub edib. Bu, isə rekord göstəricidir. 

Xatırladaq ki, Qarşılaşma Karlo Ançelottinin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

3 turdan sonra Madrid təmsilçisi 9 xalla liderdir. 


Paylaş: