Hidayət Heydərov Əbu-Dabiyə gedir
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçiriləcək.
Sportlife.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq.
3 gün davam edəcək turnirdə Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, 53 ölkədən 390 idmançının (233 kişi, 157 qadın) iştirak edəcəyi yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.