Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcək

  • 10 İyul 2024, 10:26

Çimərlik voleybolu üzrə Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər.

Sportlife.az xəbər verir ki, qızlardan və oğlanlardan ibarət yığmalar U-18 Avropa çempionatında güclərini sınayacaqlar.

Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.

İyulun 10-dan 14-dək baş tutacaq yarışda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, oğlanlar mübarizəyə əsas, qızlar isə təsnifat mərhələsindən qoşulacaqlar.


Paylaş: