Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

  • 19 Aprel 2024, 12:44

Azərbaycanın stolüstü tennisçisi Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

Sportlife.az xəbər verir ki, ilkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran O.Quluzadə yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.


Paylaş: