
Dünya çempionumuzdan 2-ci medal
Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında növbəti dəfə fəxri kürsüyə qalxıb.
Sportlife.az xəbər verir ki, idmançı bu dəfə 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda üzmə yarışında fərqlənib.
Finişə üçüncü çatan idmançı bürünc medal qazanıb.
O, ötən gün 100 metr məsafəyə arxası üstə üzmə yarışında dünya çempionu olub.