Əliyev Qırğızıstanda ən yaxşı seçildi

  • Dünən, 18:31

Azərbaycanlı futbolçu Orxan Əliyev formasını geyindiyi "Ozqon"un heyətində növbəti qollarını vurub.

Sportlife.az xəbər verir ki, hücumçu Qırğızıstan çempionatının XIX turunda doğma meydanda "Neftçi" (Koçkor-Ata) ilə görüşün iştirakçısı olub.

O, komandasının 3:2 hesablı qələbə qazandığı matçda dubl edib və matçın oyunçusu seçilib.

Qeyd edək ki, "Ozqon" 19 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Paylaş: