
Benzema Avropaya qayıda bilər
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema karyerasını Portuqaliyada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo fransalı futbolçunu sərəncamında görmək istəyir. "Əl-İttihad" Benzemanı bu qış 5-7 milyon avroya buraxmağa hazırlaşır.
Bu mövsüm forvard "Əl-İttihad"ın heyətində 2 oyun keçirib və 3 qol vurub.