Arif Əsədov Rusiyada 4-cü oldu

  • Dünən, 14:07

Azərbaycan futbolunun tanınmış veteranı, SSRİ yığmasının sabiq üzvü, Avropa və dünya çempionu Arif Əsədov Moskvada keçirilən ənənəvi “Əfsanələr Kuboku”nda iştirak edib.

Sportlife.az xəbər verir ki, turnirdə Rusiya, Serbiya, Türkiyə, Avropa, Asiya və Dünya yığmaları mübarizə aparıblar.

55 yaşlı Əsədov Asiya yığmasının heyətində meydana çıxıb. Komanda 3-cü yer uğrunda matçda Dünya yığmasına 7:10 hesabı ilə uduzaraq yarışı dördüncü pillədə başa vurub. Turnirin qalibi isə finalda Avropa veteranlarını məğlub edən Rusiya əfsanələri olub.


Paylaş: