
"Marsel PSJ ilə oyunun təxirə salınmasını istəmir
Fransa Futbol Liqası (FFL) bu gün keçiriləcək "Qızıl top" mərasimi ilə toqquşmamaq üçün Liqa 1-in "Marsel" - PSJ matçını çərşənbə axşamına keçirmək istəyib.
Sportlife.az xəbər verir ki, ev sahibi komanda qaydaları əsas gətirərək bundan imtina edib. Qurumun məlumatına görə, oyun bu gün keçirilməsə, klub şikayət edəcək.
Qeyd edək ki, dünən oynanılmalı olan qarşılaşma pis hava şəraiti səbəbindən bu günə təxirə salınıb.