
Təcavüzkar davranışa görə 3 oyunluq cəza
AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb.
Sportlife.az xəbər verir ki, futbolçuI Liqada II turun "Şimal"la görüşünün 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə buna görə 900 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.