"Real" "Qızıl top"u boykot etdi

  • Dünən, 17:30

"Real" bu gün keçiriləcək "Qızıl top"un mükafatlandırma mərasimini boykot etmək qərarına gəlib.

Sportlife.az xəbər verir ki, bu qərarı klubun prezidenti Florentino Peres verib.

Bu, Madrid klubunun hücumçusu Vinisius Juniorun 2024-cü ildə mükafatı almaması ilə bağlı ola bilər. O, 2024-cü ildə “Qızıl top” üçün səsvermədə “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə uduzaraq ikinci yeri tutub.

2025-ci ilin "Qızıl top" mükafatı üçün "Real" 3 oyunçusu Cud Bellingem, Kilian Mbappe və Vinisius Junior mübarizə aparır.


Paylaş: