Portuqaliyadan Azərbaycan çempionatına

  • Dünən, 14:53

I Liqa təmsilçisi “Səbail” heyətini əcnəbi futbolçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, "dənizçilər" son olaraq Portuqaliyanın “Vilaverdense” klubunda çıxış etmiş Momo Sako ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.


Paylaş: