
"Qızıl topu"n qalibi bilindi
Tanınmış jurnalist Pablo Giralt "Qızıl top" üçün səsvermənin nəticələrini X hesabında dərc edib.
Sportlife.az xəbər verir ki, insayderin sözlərinə görə, mükafatı "Barselona" və İspaniya millisinin vingeri Lamin Yamal alacaq. İkinci yeri PSJ-nin vingeri Usman Dembele tutub.
Xatırladaq ki, bu gün, “France Football” jurnalının təşkilatçılığı ilə dünyanın ən yaxşı futbolçularının 69-cu illik mükafatlandırma mərasimi baş tutacaq. Tədbir Parisdəki Şatelye teatrında keçiriləcək.
Tarixdə dördüncü dəfədir ki, mükafat təqvim ili deyil, bir mövsümün sonunda (1 avqust 2024-cü il – 13 iyul 2025-ci il) təqdim olunacaq.