
Qvardiolalı "Siti"dən antirekord
"Mançester Siti" Premyer Liqada antirekorda imza atıb.
Sportlife.az xəbər verir ki, bu, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında baş verib.
"Şəhərlilər" V turun "Arsenal"la görüşündə oyun vaxtının cəmi 33 faizində topa sahib olub. Bu, Qvardiola üçün daxili çempionatlarda antirekord olub.
Qeyd edək ki, hazırda "Mançester Siti" 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində doqquzuncudur. 10 xala malik "Arsenal" ikinci pillədə qərarlaşıb.