Dünya Kubokunda ilk medal

  • Bu gün, 17:12

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Sportlife.az xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 215 xal toplayaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-dək davam edəcək turnirdə 50 metr (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Xatırladaq ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.


Paylaş: