"Qarabağ"ın rəqibi kubokla vidalaşdı

  • Bu gün, 16:08

İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Sportlife.az xəbər verir ki, dünən baş tutan oyunlarda ən gözlənilməz nəticə “Kristal Pelas”ın qələbəsi olub. Bu komanda səfərdə “Liverpul”u darmadağın edib – 3:0. “Enfild”də baş tutan qarşılaşmada qolları İsmayıla Sarr (40 və 45-ci dəqiqə) və Yeremi Pino (87) vurub.

Ötən mövsüm “Liverpul” İngiltərə Liqa Kubokunun finalına yüksəlmiş və burada məhz “Kristal Pelas”a 1:2 hesabı ilə uduzmuşdu. Arne Slotun yetirmələrinin Premyer Liqada da işləri qaydasında getmir. Uğursuz nəticələrdən sonra çempionun düşərgəsində ciddi dəyişikliklər edilməsi gözlənilir.

Günün digər matçlarında “Arsenal” evdə “Brayton”u 2:0, “Mançester Siti” səfərdə “Suonsi”ni 3:1, “Çelsi” isə səfərdə “Vulverhempton”u 4:3 hesabı ilə məğlub edərk 1/4 finala yüksəlib.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir.


Paylaş: