"İnter"in baş məşqçisi gənclərə güvənir
"İnter"in baş məşqçisi Kristian Kivu A Seriyasının 9-cu turunda "Fiorentina" ilə oyunda gənc futbolçulara şans verməsindən danışıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis bunun düzgün addım olduğunu bildirib:
"Amma onları meydana necə və kiminlə çıxardığımıza diqqət yetirməliyik. Bu, bizim üçün daha asandır, çünki onlara təkcə oyunlar zamanı deyil, həm də məşqlərdə, səviyyələrini yüksəltməyə çalışdıqları zaman əhəmiyyətli dəstək verən komandamız var".
Qeyd edək ki, "Fiorentina" ilə matçda qollardan birini 22 yaşlı xorvatiyalı yarımmüdafiəçi Petar Suçiç vurub.