Keyn darmadağını şərh etdi
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Kubokunun 1/32 final mərhələsində "Köln" üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu ilk 30 dəqiqənin çətin keçdiyini bildirib:
"Hesabı açmaq üçün şanslarımız oldu. İlk qolu rəqib vurdu, amma biz yaxşı cavab verdik. Fasilədən əvvəl oyuna nəzarəti ələ almaq bizim üçün çox vacib idi. İkinci hissədə öz oyunumuzu oynaya bildik. Rəqib yorulmağa başlayanda daha çox boşluq yarandı və bundan istifadə etdik. Hazırda yaxşı bir dövr keçiririk və qələbə seriyasını davam etdirməliyik".
Qeyd edək ki, Keyn həmin matçda dubl edib.