"Seltik" yeni baş məşqçisini tapdı

  • Bu gün, 18:35

"Seltik" Brendan Rocersdən sonra "Brügge"nin baş məşqçisi Niki Heyeni komandanın sükanı arxasına gətirmək istəyir.

Sportlife.az xəbər verir ki, hazırda 45 yaşlı mütəxəssis bu posta ən real namizəd hesab edilir.

Heyen 2024-cü ilin iyul ayından Belçika klubunda çalışır. Onun müqaviləsi bu ilin iyun ayında daha yaxşı şərtlərlə uzadılıb.

Heyenin rəhbərliyi altında "Brügge" 79 oyundan 48-də qalib gəlib, 15 heç-heçə edib və 16-da məğlub olub.


Paylaş: