"Salah Jotanın ölümündən sonra özünə bənzəmir"
"Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel bu mövsüm "Liverpul"un uğursuz çıxışını şərh edib.
Sportlife.az xəbər verir ki, o, əsas problemin Məhəmməd Salahla bağlı olduğunu bildirib:
"Salah Jotaya çox yaxın olduğu üçün hələ də özünə gələ bilmir. Özünə bənzəmir, sanki kölgə kimidir. Ona görə də "Liverpul"u tənqid edərkən diqqətli və çox sakit olacağam. Nə baş verdiyini unutmayaq!" .
Salah bu mövsüm 13 oyunda dörd qol vurub və üç məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Liverpul" son yeddi oyundan altısında məğlub olub.