PSJ-nin futbolçusunun zədəsi cidd deyil
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 10-cu turunda "Loryan"la matçda (1:1) zədə alan yarımmüdafiəçi Dezire Douenin durumunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis 20 yaşlı futbolçunun sağ budundan zədələndiyini bildirib. O, zədənin ciddi olmadığına ümid etdiyini söyləyib.
Qeyd edək ki, Due 61-ci dəqiqədə meydanı xərəkdə tərk edib.