"Arsenal"dan tarixi göstərici
"Arsenal" tarixdə bir ay ərzində 6 oyunda qol buraxmadan qələbə qazanan ilk İngiltərə yüksək liqa komandası olub.
Sportlife.az xəbər verir ki, London təmsilçisi son olaraq İngiltərə Liqa Kubokunun 4-cü turunda "Brayton"u 2:0 hesabı ilə məğlub edib.
Bundan əvvəl "Arsenal" Premyer Liqada "Kristal Palas"a (1:0), "Fulhem"ə (1:0) və "Vest Hem"ə (2:0), eləcə də Çempionlar Liqasında "Atletiko"ya (4:0) və "Olimpiakos"a (2:0) qalib gəlib.