Skoulz oğluna görə işindən ayrıldı

  • Bu gün, 17:32

"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş futbolçusu Pol Skoulz televiziyadakı işindən ayrılıb.

Sportlife.az xəbər verir ki, veteran futbolçu bu addımı 20 yaşlı autizmli oğluna görə atdığını bildirib:

Skoulz bildirib ki, uşaqlıqda autizm diaqnozu qoyulmuş oğlu Eydenə qulluq etmək niyyətindədir.

Eyden şifahi ünsiyyət qurmur, ona görə də Skoulz oğlu ilə qeyri-şifahi ünsiyyət metodunu inkişaf etdirməli olub.

"Onun çox sərt gündəlik rejimi var. Və mən qərara gəldim ki, Eyden üçün hər şeyi edəcəyəm".

Skoulzun sözlərinə görə, boşanmalarına baxmayaraq, o və həyat yoldaşı növbə ilə oğullarına qulluq edirlər.


Paylaş: