"Bavariya" rekordu yenilədi
"Bavariya" bu mövsüm ardıcıl 14 oyunda qalib gələrək Avropanın top beş liqasında ən yaxşı göstərici ilə yeni rekorda imza atdı.
Sportlife.az xəbər verir ki, Münhen təmsilçisi buna Almaniya Kubokunun 1/32 mərhələsində "Köln"ü 4:1 hesabı ilə məğlub etməklə nail olub.
Qeyd edək ki, əvvəlki rekord 1992/93 mövsümünün əvvəlində ardıcıl 13 qələbə ilə "Milan"a məxsus idi.