İbrahimov idman vətəndaşlığını dəyişir
"Mançester Yunayted"in yarımmüdafiəçisi Əmir İbrahimov idman vətəndaşlığını dəyişib.
Sportlife.az xəbər verir ki, 17 yaşlı futbolçu rus vətəndaşlığına keçib
Müvafiq dəyişikliklər artıq FİFA sistemində edilib. Oyunçunun Rusiya milli komandalarına çağırılmaq hüququ qazanacağı gözlənilir.
İbrahimov 2008-ci ildə Buynakskda anadan olub. 2019-cu ildə ailəsi İngiltərəyə köçüb. O, "Mançester Yunayted"ə keçməzdən əvvəl "Şeffild Yunayted"in gənclər komandalarında oynayıb.