"Kəpəz"in futbolçusu əməliyyat olunub

  • 21 Noyabr 2024, 15:35

"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

Sportlife.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.


Paylaş: