Taekvondoçularımız beynəlxalq turnirdə 2 qızıl medal qazandılar

  • 15 Avqust 2024, 11:35

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open” turnirində 4 medal qazanıblar.

Sportlife.az xəbər verir ki, yarışın ilk günü “Alpman” klubunun 4 idmançısı dayanq üzərinə çıxıb.

Uşaqların mübarizəsində Murad Həsənzadə (26 kiloqram) və Sübhan Rzayev (38 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Pumse üzrə yarışda isə Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) gümüş mükafata yiyələniblər.


Paylaş: